32 yaşlı həyat yoldaşını döyüb, xəstəxanalıq etdi


02:12     16 Noyabr 2017 xestexana_875.jpg

Mingəçevir şəhərində 32 yaşlı qadın həyat yoldaşı tərəfindən döyülüb.


Femida.az report-a istinadən xəbər verir ki, hadisə şəhərin Günəşli yaşayış massivi, 20-ci küçədə qeydə alınıb.

Belə ki, 1985-ci il təvəllüdlü Xəyalə Telman qızı Nizamzadə ailə münaqişəsi zəminində əri tərəfindən döyülərək müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib və ona tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1198