Abituriyentlər sınaq imtahanı verir
13:14 11 İyun 2017
Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər üçün respublikanın 11 şəhərində sınaq imtahanları keçirir.
DİM-dən Femida.az-a verilən xəbərə görə, imtahanlar Bakı, Sumqayıt, Abşeron, Naxçıvan, Gəncə, Şəki, Bərdə, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz şəhərlərində ümumilikdə 30 binada təşkil olunub.
İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 15274 abituriyent qeydiyyatdan keçib. Sınaq imtahanları 1 növbə üzrə keçirilir və bütün binalarda saat 11:00-da başlayır.
İmtahanların idarə edilməsi üçün 91 imtahan rəhbəri, 929 nəzarətçi-müəllim ayrılıb.
Femida.az
Oxunub: 904
Oxşar xəbərlər
- Abituriyentlərin qeydiyyatı başladı
- Abituriyentlər üçün son gün
- Abituriyentlərin və bakalavrların nəzərinə! - Qeydiyyat müddəti uzadıldı
- Abituriyentlərin NƏZƏRİNƏ — Sabah son gündür
- Abituriyentlər yenidən imtahan verəcək - Yanğın baş verən universitetdə
- Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO
- Abituriyentlərin qeydiyyatı başladı
- Abituriyentlərin nəzərinə - Yeni ixtisaslar yaradıldı
- Abituriyentlərin NƏZƏRİNƏ: Müddət uzadıldı
- Abituriyentlərin nəzərinə: sonuncu qeydiyyat başladı