Abituriyentlərin və bakalavrların nəzərinə! - Qeydiyyat müddəti uzadıldı
20:29 25 Avqust 2017
Azərbaycan Respublikası ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı avqustun 28-dək uzadılıb.
DİM-dən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlər və bakalavrlar 28 avqust saat 17:00 dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qəbul olanlar tələb olunan sənədlərin siyahısını ali təhsil müəssisəsindən öyrənə bilərlər.
Qəbul olanların təhsil müəssisəsində qeydiyyatdan keçməməsi onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.
Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbul olan abituriyentlərin qeydiyyatı isə avqustun 31-dək davam edəcək.
Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olan abituriyentlərin (I mərhələdən sonra) və magistraturanın boş qalan plan yerlərinə qəbul olan bakalavrların qeydiyyatı bu gün saat 17:00‑də başa çatırdı.
Femida.az
Oxunub: 820
Oxşar xəbərlər
- Abituriyentlərin qeydiyyatı başladı
- Abituriyentlərin NƏZƏRİNƏ — Sabah son gündür
- Abituriyentlərin öldüyü qəzanın görüntüləri - VİDEO
- Abituriyentlərin qeydiyyatı başladı
- Abituriyentlərin nəzərinə - Yeni ixtisaslar yaradıldı
- Abituriyentlərin NƏZƏRİNƏ: Müddət uzadıldı
- Abituriyentlərin nəzərinə: sonuncu qeydiyyat başladı
- Abituriyentlərin yarıdan çoxu 0-200 bal toplayıb
- Abituriyentlərin intiharında kimlər günahkardır?
- Abituriyentlərin nəzərinə