31 nəfər edam olunacaq


21:38     17 İyun 2017 edam.jpeg

Qahirənin Cinayət məhkəməsi Misirin baş prokurorunun qətlində əli olan 31 nəfəri ölüm hökmünə məhkum edib.


Femida.az -ın xəbərinə görə, bu barədə Reuters nəşri məlumat yayıb.

Hazırda, Misir qanunlarına əsasən, ölüm hökmü ölkə müftisi tərəfindən təsdiqlənməlidir. Bunun iyulun 22-də baş verəcəyi gözlənilir.

Gözlənilir ki, elə həmin gün məhkəmə baş prokurorun qətlində əli olan digər şəxslərə hökm oxuyacaq. Ümumilikdə iş üzrə 67 nəfərin adı keçir.

Misirin baş prokuroru Hişam Bərəkət 2015-ci ilin iyunun 29-da Qahirə şəhərində avtomobilin partladılması nəticəsində ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 891