Gömrükçülər İran vətəndaşını saxlayıb
15:48 20 İyun 2017
Astara Gömrük İdarəsinin sərnişin-nəqliyyat şöbəsində İrandan Azərbaycana daxil olan sərnişin avtobusuna kinoloji xidmət iti tətbiq edilməklə gömrük baxışı keçirilib.
Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən avtobusun yük yerində 2 ədəd bükümdə, ümumi xalis çəkisi 10,97 qram təşkil edən narkotik vasitə - həşiş aşkar edilib.
Yerindəcə aparılan araşdırma zamanı avtobusun sərnişini olan İran vətəndaşının hərəkətləri şübhə doğurduğu üçün o gömrük əməkdaşları tərəfindən saxlanılıb. Vətəndaşla aparılan izahat işləri nəticəsində, avtobusda aşkar edilən narkotik vasitənin ona məxsus olduğu və yoxlama zamanı cibindən çıxardaraq avtobusun yük yerinə atdığı müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Femida.az
Oxunub: 682
Oxşar xəbərlər
- Gömrükçülər ölkəyə pirotexniki vasitə gətirilməsinin qarşısını alıb
- Gömrükçülər müdhiş fırıldağın üstünü açdı
- Gömrükçülər metadon məhlulu aşkarlayıb
- Gömrükçülər 37 ədəd fişəng aşkarladı
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülər külli miqdarda siqaret müsadirə edib
- Gömrükçülərdən `Winston` əməliyyatı
- Gömrükçülər zərgərlik məmulatı aşkar edib
- Gömrükçülər üçün növbəti milli seminar keçirilir
- Gömrükçülər 23 ədəd mobil telefon müsadirə edib