Gömrükçülər metadon məhlulu aşkarlayıb


20:11     24 Oktyabr 2017 gomruk%20qosatepe.jpg

Gömrükçülər metadon məhlulu aşkarlayıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Femida.az-a bildirilib ki, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn İran vətəndaşının gödəkçəsinə baxış zamanı gödəkçənin cibindəki 0,5 litrlik plastik qabın üzərində “AkharStar natural mineral water” yazısı olduğu halda, qabın içərisində 500 millilitr həcmində metadon məhlulu aşkar olunub.

Xatırladaq ki, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in II Siyahısına daxildir və aşkar olunan 500 millilitr məhlulda metadonun quru maddəsinin təmiz çəkisi 0,5 qram təşkil edir.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 747