Deputatlarımız Strasburqa gedir
00:12 23 İyun 2017
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Səməd Seyidov və bir qrup deputat AŞPA-nın yay sessiyasında iştirak etmək üçün iyunun 25-dən iyulun 2-dək Strasburqda səfərdə olacaqlar.
Milli Məclisdən Femida.az-a verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov, deputatlardan Sahibə Qafarova, Sabir Hacıyev, Qənirə Paşayeva və Müslüm Məmmədov daxildirlər.
Sessiya dövründə Daimi Komitə və Büronun fəaliyyətinə dair hesabat dinləniləcək, Parlament Assambleyasının təməl prinsiplərinin gücləndirilməsi, parlamentlərin korrupsiyaya qarşı mübarizədə rolu, idarəetmə sistemində korrupsiya, Belorusda vəziyyət, Avropada miqrasiya və qaçqın böhranına qarşı siyasi və humanitar reaksiyalar, Avropanın inkişafı üçün miqrasiyanın yaratdığı imkanlar, Avropada sosial hüquqların gücləndirilməsi mövzularında fikir mübadiləsi aparılacaqdır.
Sessiyada Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynovun “İdarəetmə sistemində korrupsiya” mövzusunda məruzəsi dinləniləcək, mövzu ətrafında müzakirələr aparılacaq.
Oxunub: 928
Oxşar xəbərlər
- Deputatlarımız Moskvaya gedir
- Deputatlarımız Fransaya gedir
- Deputatlarımız AŞPA-nın sənədlərinə etiraz edib
- Deputatlarımız Qırğızıstanda prezident seçkilərini izləyir
- Deputatlarımız Strasburqa gedir
- Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaq
- Deputatlarımız xaricə gedir
- Deputatlarımız Parisə gedir
- Deputatlarımız Koreyaya gedir
- Deputatlarımız Qazaxıstana gedir