Deputatlarımız NATO PA-nın sessiyasına qatılacaq
23:33 04 Oktyabr 2017
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov, deputatlar Məlahət İbrahimqızı, Qüdrət Həsənquliyev, Kamran Bayramov NATO Parlament Assambleyasının 63-cü illik sessiyasında iştirak etmək üçün oktyabrın 5-də Rumıniyanın paytaxtı Buxarestə səfər edəcəklər.
MM-dən Femida.az-a verilən məlumata görə, toplantıda “Suriyada və İraqda müharibə: Humanitar aspektlər”, “Ballistik raketdən müdafiə və NATO”, “Avropanın müdafiə sənayesi bazasının vəziyyəti” mövzularında məruzələr dinləniləcək.
Tədbir iştirakçıları Qara dəniz regionunda sabitliyin qorunması, NATO ilə Avropa İttifaqı arasında əməkdaşlığın inkişafı, Yaxın Şərqdə və Şimali Afrikada ərzaq və su təhlükəsizliyinin təmin edilməsi, iqlim dəyişikliyi ilə əlaqədar məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.
Femida.az
Oxunub: 685
Oxşar xəbərlər
- Deputatlarımız Moskvaya gedir
- Deputatlarımız Fransaya gedir
- Deputatlarımız AŞPA-nın sənədlərinə etiraz edib
- Deputatlarımız Qırğızıstanda prezident seçkilərini izləyir
- Deputatlarımız Strasburqa gedir
- Deputatlarımız xaricə gedir
- Deputatlarımız Parisə gedir
- Deputatlarımız Koreyaya gedir
- Deputatlarımız Strasburqa gedir
- Deputatlarımız Qazaxıstana gedir