Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
23:10 23 İyun 2017
İyunun 23-də Silahlı Qüvvələrin Hərbi Akademiyasında Əməliyyat-taktiki fakültəsinin, həmçinin Strateji Araşdırmalar və Dövlət Müdafiəsini İdarəetmə Akademik Kursunun buraxılışına həsr olunan mərasim keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbir açıq elan edildikdən sonra Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni ifa olunub.
Mərasimdə məruzə ilə çıxış edən akademiyanın rəisi, general-leytenant Heydər Piriyev ordu quruculuğu sahəsində həyata keçirilən fəaliyyətlərdən danışıb və məzunları təbrik edərək onlara uğurlar diləyib. Məzunlar adından polkovnik Eldar Abdullayev və polkovnik-leytenant Rüstəm Cavadov çıxış edərək yaş kötüyünə xatirə lövhələrini vurublar.
Tədbirin sonunda məzunlarla xatirə şəkli çəkilib.
Femida.az
Oxunub: 1991
Oxşar xəbərlər
- Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
- Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu
- Silahlı Qüvvələrin ən yaxşı tabor komandiri müəyyən edildi – FOTO
- Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
- Silahlı şəxslər hoteli ələ keçirib
- Silahlı Qüvvələrimizdə daha bir YENİLİK
- Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
- Silahlı Qüvvələrdə `Açıq qapı` günü keçiriləcək
- Silahlı Qüvvələrin motoatıcı taborunun təlimi başa çatdı
- Silahlı Nardaran sakini polis bölməsinə getdi