Silahlı Qüvvələrimizdə daha bir YENİLİK
01:25 14 İyul 2017
Müasir və mobil ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olan rabitə vasitələrinin imkanlarının Silahlı Qüvvələrdə inkişaf etdirilməsi məqsədilə Ali Baş Komandanın tapşırığına əsasən fəaliyyətlər davam etdirilir.
Femida.az Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 13-də Müdafiə Nazirliyinin rəhbərliyi Silahlı Qüvvələrin rabitə vasitələrinin texniki xidməti və təmiri mərkəzinin açılışında iştirak edib.
Müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunmasını təmin etmək məqsədi ilə komanda idarəetmə məntəqələrinin rabitə vasitələri əsas rol oynayır. Yaradılan mərkəzdə qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına texniki xidmət göstəriləcək və onlar qısa müddətdə tam təmir olunacaq.
Döyüşün idarə edilməsi üçün müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda qərargah maşınlarının təminatı, təyinatı, döyüş imkanları barədə müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə edilib.
Müdafiə Nazirliyinin rəhbərliyi mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin cari və orta təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, o cümlədən digər xidməti, inzibati otaqlar və anbarlara baxış keçirib.
Müdafiə naziri mərkəzin fəaliyyətinin və imkanlarının genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.
Femida.az
Oxunub: 2233
Oxşar xəbərlər
- Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
- Silahlı Qüvvələr haqqında yeni qanun layihəsi qəbul olundu
- Silahlı Qüvvələrin ən yaxşı tabor komandiri müəyyən edildi – FOTO
- Silahlı Qüvvələrə əlavə vəzifələr verildi
- Silahlı şəxslər hoteli ələ keçirib
- Silahlı Qüvvələrdə “Açıq qapı” günü keçirilir
- Silahlı Qüvvələrin Hərbi Akademiyasında buraxılış mərasimi olub
- Silahlı Qüvvələrdə `Açıq qapı` günü keçiriləcək
- Silahlı Qüvvələrin motoatıcı taborunun təlimi başa çatdı
- Silahlı Nardaran sakini polis bölməsinə getdi