Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub
22:29 28 İyun 2017
Gürcüstanın paytaxtı Tbilisi şəhərində görkəmli ictimai xadim, yazıçı Nəriman Nərimanovun ev muzeyinin təntənəli açılışı olub.
Femida.az SOCAR-ın saytına istinadən xəbər verir ki, tədbirdə Gürcüstanın Mədəniyyət və abidələrin mühafizəsi naziri Mixeil Qiorqadze, SOCAR prezidenti Rövnəq Abdullayev, Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov, səfirliyin nümayəndələri, Gürcüstan parlamentinin deputatları və digər rəsmi şəxslər iştirak ediblər.
Qeyd olunub ki, Nərimanovun fəaliyyət sahəsi çox genişdir, o, ictimai-siyasi, jurnalistika və tibb sahəsində fəaliyyət göstərib. Ev muzeyinin bərpası zamanı Tbilisidə böyüyüb boya-başa çatmış ictimai-siyasi xadimin fəaliyyətinin öyrənilməsi məqsədi ilə bir çox tarixi arxiv materiallarına müraciət edilib. Bu isə bərpa zamanı maksimal dərəcədə dəqiqlik nümayiş etdirməyə kömək göstərir.
Yenidənqurulmuş iki mərtəbəli, 248 kvadratmetrlik bina 6 ekspozisiyalı otaqdan ibarətdir. Layihə SOCAR-ın Gürcüstan nümayəndəliyinin dəstəyi ilə həyata keçirilib.
Muzeyin qonaqları müasir interaktiv ekran vasitəsi ilə Nəriman Nərimanov haqqında məlumatları əldə edə bilərlər. Binanın həyətində qurulmuş mərmər büstün müəllifi heykəltəraş Novruz Musayevdir. N.Nərimanovun Tbilisidəki ev muzeyinin yenidən qurulması Azərbaycan və gürcü xalqlarının ortaq tarixi və mədəni əlaqələrinin tərənnümüdür.
Femida.az
Oxunub: 779
Oxşar xəbərlər
- Tbilisidə antiterror əməliyyatı başa çatıb
- Tbilisidə bir terrorçu saxlanılıb
- Tbilisidə 4 azərbaycanlı saxlanılıb
- Tbilisidə Qarabağla bağlı beynəlxalq konfrans
- Tbilisidə yanğın başlayıb
- Tbilisidə `Qarabağ` azarkeşlərinə hücum ediblər
- Tbilisidə qaz bahalaşıb
- Tbilisidə Azərbaycana qarşı erməni təxribat - FOTOLAR
- Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alındı