Tbilisidə 4 azərbaycanlı saxlanılıb
14:46 10 Noyabr 2017
Bu gün səhər saatlarında Gürcüstan Daxili İşlər Nazirliyi (DİN) Tbilisinin azərbaycanlıların yaşadığı Poniçala (Soğanlıq) qəsəbəsində xüsusi əməliyyat keçirib.
Femida.az-ın məlumatına görə, əməliyyat nəticəsində 2 qadın və 2 kişi olmaqla, 4 nəfər saxlanılıb. Onlar narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinirlər.
DİN faktla bağlı istintaq aparır.
Qeyd edək ki, son aylar Poniçalada keçirilmiş xüsusi əməliyyatlar zamanı 30 nəfərə yaxın şəxs saxlanılıb.
Femida.az
Oxunub: 533
Oxşar xəbərlər
- Tbilisidə antiterror əməliyyatı başa çatıb
- Tbilisidə bir terrorçu saxlanılıb
- Tbilisidə Qarabağla bağlı beynəlxalq konfrans
- Tbilisidə yanğın başlayıb
- Tbilisidə `Qarabağ` azarkeşlərinə hücum ediblər
- Tbilisidə qaz bahalaşıb
- Tbilisidə Nəriman Nərimanovun ev muzeyinin açılışı olub
- Tbilisidə Azərbaycana qarşı erməni təxribat - FOTOLAR
- Tbilisidə Azərbaycan əleyhinə tədbirin qarşısı alındı