Narkotik becərən şəxs saxlanılıb - FOTO
17:13 22 İyul 2017
Qusarda narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avaran kənd sakini əvvəllər məhkum olunmuş Telman Osmanov saxlanılıb.
Onun üzərinə baxış keçirilən ümumi çəkisi 4,015 qram olan qurudulmuş marixuana aşkar edilərək götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq T.Osmanovun yaşadığı evin yaxınlığında ona məxsus sahəyə baxış keçirilən zaman gizli şəkildə kultivasiya yolu ilə yetişdirilən 55 ədəd çətənə kolu aşkar edilərək götürülüb.
T.Osmanov ifadəsi zamanı çətənə toxumlarını bir neçə ay bundan əvvəl evinin həyətində əkdiyini və onlara xüsusi üsulla qulluq edərək yetişdirdiyini bildirib.
Qeyd edilən faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Femida.az
Oxunub: 856
Oxşar xəbərlər
- Narkotiki tövlədə gizlətdi - FOTO
- Narkotik alverçiləri ifşa olunub
- Narkotiklərin hazırlanmasına görə cəzalar dəyişdirilir
- Narkotikə görə vəzifəli şəxslər tutuldu
- Narkotik qəbul edən yeniyetmələr döyüldü
- Narkotikə qarşı vaksin icad olunub
- Narkotik əkib-becərən şəxs saxlanılıb
- Narkotikdən istifadə edən uşaqların STATİSTİKASI
- Narkotik becərən şəxs tutulub
- Narkotiklərlə bağlı 1309 nəfərə cinayət işi açıldı, 1167-si işsizdir