Filippin prezidenti Kim Çen Inı təhqir etdi


22:40     02 Avqust 2017 kim%20cen.jpg

Filippin prezidenti Rodriqo Duterte Manilada ASEAN sammiti ərəfəsində çıxışı zamanı Şimali Koreyanın rəhbəri Kim Çen Inı təhqir edib.


Femida.az xəbər verir ki, o, Şimali Koreya liderini "axmaq" adlandırıb.

Pxenyanın həyata keçirdiyi nüvə sınaqlarından danışan R.Duterte Kim Çen Inın təhlükəli oyuncaqlarla oynadığını deyib. Onun sözlərinə görə, Uzaq Şərq üçün nə qədər gec deyil, nüvə müharibəsinin qarşısını almaq lazımdır.

Xatırladaq ki, R.Duterte bundan əvvəl ABŞ-ın keçmiş prezidenti Barak Obamanı və BMT-nin keçmiş baş katibi Pan Gi Munu da təhqir etmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 1294