Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi


17:23     07 Avqust 2017 136503757_15020206538331n_1502095205.jpg

Ermənistan və İran prezidentləri Serj Sarkisyan və Həsən Ruhani Tehranda Dağlıq Qarabağ münaqişəsini müzakirə ediblər.


Femida.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Sarkisyan münaqişənin hazırki vəziyyəti ilə İran prezidentini məlumatlandırıb.

Ruhani isə qeyd edib ki, münaqişə yalnız siyasi yolla həll oluna bilər.

Qarabağ münaqişəsi ilə yanaşı görüşdə iki ölkə arasındakı münasibətlər də müzakirə olunub.

Qeyd edək ki, Ermənstan prezidenti Serj Sarkisyan ötən həftənin şənbə günü İranın növbəti dəfə seçilən prezidenti Həsən Ruhaninin andiçmə mərasimində iştirak edib. Görüş səfər çərçivəsində baş tutub.

Femida.az

Açar sözlər:

Oxunub: 1199