Ruhani Bakıya gələcək
01:30 11 Sentyabr 2017
İran prezidenti Həsən Ruhani oktyabrda Azərbaycana səfər edəcək
Bu barədə Həsən Ruhani bu gün Tehranda Qazağıstan səfərinin nəticələri ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.
H.Ruhani Astanda Azərbaycanlı həmkarı İlham Əliyevlə görüşdüyünü deyib:
“Görüşdə Azərbaycan prezidentinin rəsmi dəvəti ilə gələn ay Bakıya baş tutacaq səfərim, daha sonra isə İran, Azərbaycan və Rusiya prezidentlərinin Tehranda keçiriləcək zirvə toplantısı haqqında danışıqlar apardıq”. H.Ruhani əlavə edib ki, Astanada keçirdiyi görüşlərdə həmçinin 2017-2018-ci illərdə neft qiymətləri ilə bağlı danışıqlar aparıb.
Qeyd edək ki, bu gün Astanada Azərbaycan prezidenti İlham Əliyevin və İran prezidenti Həsən Ruhaninin görüşü olub. Prezident İlham Əliyev İranlı həmkarını ölkəmizə səfərə dəvət edib. Dövlət başçıları Qazaxıstanın paytaxtında İslam Əməkdaşlıq Təşkilatının (İƏT) elm və texnologiya üzrə birinci Sammitində iştirak ediblər.
Femida.az
Oxunub: 839
Oxşar xəbərlər
- Ruhani Bakıya gəlir
- Ruhani İlham Əliyevə təşəkkür edib
- Ruhani Əsədlə telefonda danışıb
- Ruhani Myanmar cinayətindən danışdı
- Ruhaninin yeni köməkçiləri qadınlar olacaq
- Ruhani Sarkisyanla Qarabağı müzakirə etdi
- Ruhaninin andiçmə mərasimi keçirilib
- Ruhaninin qardaşı azad edildi - Pul girovu müqabilində
- Ruhaninin həbs olunan qardaşı xəstəxanaya düşdü
- Ruhaninin qardaşı niyə həbs olunub? - TƏFƏRRÜAT