Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsində - Yenilik
20:55 10 Avqust 2017
Azərbaycanın ümumi təhsil müəssisələrinə mərkəzləşdirilmiş qaydada keçirilən müəllimlərin işə qəbulu üzrə müsabiqənin vakansiya seçimi mərhələsi başlayıb.
Təhsil Nazirliyindən Femida.az-a verilən xəbərə görə, bu mərhələdə namizədlər şəxsi səhifələrinə daxil olaraq topladıqları bala uyğun vakant yerləri seçəcəklər. Seçim mərhələsi avqustun 11-i, saat 23:59-dək davam edəcək.
Vakant yeri tutmaq hüququ qazanan namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsinin keçirilmə yeri və tarixi barədə məlumatlar hər bir namizədin şəxsi səhifəsinə göndəriləcək.
Bu il ilk dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə mərhələsi vakansiya seçimindən əvvəl həyata keçiriləcək. Avqustun 11-dən etibarən fiziki tərbiyə müəllimlərinin müsahibə mərhələsinə start veriləcək. Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında keçiriləcək müsahibə mərhələsi ilə bağlı əlavə məlumatlar hər bir namizədin şəxsi səhifələrinə yerləşdirilib.
Xatırladaq ki, müəllimlərin işə qəbulu üzrə müsabiqə 4 mərhələdə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı, vakant yerlərin seçilməsi və müsahibə) təşkil edilir.
Femida.az
Oxunub: 2133
Oxşar xəbərlər
- Müəllimlərin işə qəbulu ilə bağlı dəyişiklik
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin diaqnostik qiymətləndirilməsi gələn il başa çatdırılacaq
- Müəllimlərin sentyabr konfransı keçirildi
- Müəllimlərin işə qəbulu prosesi başa çatıb
- Müəllimlərin işə qəbulunun nəticələri açıqlanıb
- Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatıb
- Müəllimlərin maaşı artırıldı
- Müəllimlərin işə qəbulu ilə bağlı imtahanlar başlayır
- Müəllimlərin işə qəbulunun vaxtı açıqlandı