Müəllimlərin maaşı artırıldı


19:21     26 Oktyabr 2017 aztu_1509015254.jpg

Azərbaycan Texniki Universitetində (AzTU) noyabrın 1-dən etibarən əməkhaqları artırılacaq.


Universitetdən Femida.az -a verilən məlumata görə, AzTU-nun Elmi Şurasında qəbul olunan qərara əsasən, rəhbər, inzibati idarəetmə və professor-müəllim heyətinin əməkhaqları 100 AZN məbləğində artacaq.

Tədris-köməkçi və xidmətedici heyətinin əməkhaqları isə 50 AZN məbləğində artacaq.

Növbəti ayın 1-dən hesablanacaq artıma əsasən, universitetin ümumi əməkhaqqı bazası 15 faiz çoxalacaq.

AzTU-nun Elmi Şurasında əməkdaşların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı aparılan müzakirələrdə universitetin rektor əvəzi Xalıq Yahudov bildirib ki, əməkhaqlarının 2018-ci ilin əvvəlində yenidən artırılması nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan Texniki Universitetində əməkhaqları sonuncu dəfə bu ilin əvvəlində artırılmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 6328