Kiyevdə Müslüm Maqomayev parkı salınacaq


17:38     11 Avqust 2017 87811_nxdr56bo2p4.jpg

Kiyevin mərkəzində dünya şöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin xalq artisti Müslüm Maqomayevin adını daşıyacaq park salınacaq.


Azərbaycanın Ukraynadakı səfirliyindən Femida.az-a verilən məlumata görə, Azərbaycanın Ukraynadakı səfirliyinin təşəbbüsü və dəstəyi ilə Kiyev şəhərinin mərkəzində salınacaq parkda tikintiyə başlamaq üçün Kiyev Şəhər Administrasiyasının rəsmi icazəsi alınıb.

Kiyev Şəhər Administrasiyasının Parklar İdarəsi müvafiq qərar qəbul edib.

Parkda Müslüm Maqomayevin 6 metr hündürlüyündə heykəli qoyulacaq. Heykəlin müəllifi tanınmış heykəltəraş, Ukraynanın Xalq Rəssamı Seyfəddin Qurbanovdur. Parkın açılışının oktyabrın sonlarında olacağı gözlənilir.

Femida.az

Açar sözlər:

Oxunub: 649