Kiyevdə atışma - Yaralanan var


15:32     29 Oktyabr 2017 gulle.jpg

Ukraynanın paytaxtı Kiyevdə restoranlardan birində münaqişə nəticəsində atışma olub.


Femida.az-ın "Ria Novosti"yə istinadən verdiyi xəbərə görə, insidentdə 4 nəfər iştirak edib.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, həmin şəxslərdən biri başından güllə yarası alıb və o, xəstəxanaya yerləşdirilib.

Digər şübhəlilər isə hadisə yerindən qaçıblar.

Hazırda faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 806