Ölümdən son anda xilas edildilər
13:40 20 Avqust 2017
Xəzər rayonunda dənizdə batan daha 2 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıblar.
Əməliyyat saat 18:06-da başa çatıb.
Femida.az
Oxunub: 667