Ölümdən son anda xilas edildilər
20:06 27 Avqust 2017
Dənizdə batan 1 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Xəzər rayonunda 4 nəfərin dənizdə çimərkən batma təhlükəsilə üzləşməsi barədə məlumat daxil olub.
Dərhal Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı sudan çıxarıblar.
Əməliyyat saat 11:00-da başa çatıb.
Femida.az
Oxunub: 835