25 yaşlı oğlan baldızının nişanlısını öldürdü


16:42     21 Avqust 2017 bicaq53.jpg

Göyçay rayonunda qətl hadisəsi baş verib.


Femida.az report-a istinadən xəbər verir ki, rayon sakini baldızının nişanlısını qətlə yetirib.

Belə ki, 1992-ci il təvəllüdlü Pərviz Şahin oğlu Əbdulrəhmanov münaqişə zəminində həmyerlisi 1989-cu il təvəllüdlü Müşviq Nizami oğlu Əkbərovu bıçaqlayaraq öldürüb.

Faktla bağlı Göyçay Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 1279