25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb


21:41     20 Oktyabr 2017 547613-universitystudents.jpg

ABŞ və Azərbaycan arasında diplomatik əlaqələrin davam etdiyi 25 il ərzində 7000-ə yaxın azərbaycanlı ABŞ-da təhsil alıb.


Bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta “EducationUSA” təhsil yarmarkasında deyib.

Səfir qeyd edib ki, builki yarmarkada ABŞ-dan 11 müxtəlif tədris müəssisəsinin nümayəndələri iştirak edib.

Onun sözlərinə görə, azərbaycanlı tələbələr ABŞ-da əsasən incəsənət, xarici dillər, texnologiya, neft-qaz kimi sahələrdə təhsil alır.

Femida.az

Açar sözlər:

Oxunub: 779