Ölkədə uşaqlar arasında yoluxucu virus yayılıb
22:11 21 Avqust 2017
Son günlər uşaqlar arasında qızdırma, qusma halları kəskin artıb.
Femida.az AzVision.az-a istinadən xəbər verir ki, Respublikanın baş infeksionisti Cəlal İsayev 3-4 ay öncə uşaqlar arasında rotaviruslar yayıldığını deyib.
“Yay aylarında belə virusların-enterovirusların, rotavirusların yayılma ehtimalı var. Bunlar uşağın həyatı üçün adətən təhlükə təşkil eləmir. Yüngül infeksiyalar olur, 3-4 gün müddətində uşaqda qızdırma və ya digər simptomlar müşahidə edilir, sonra isə müalicə tələb etmədən çıxıb gedir”.
C.İsayev qeyd edib ki, hazırkı dövrdə Azərbaycan üçün epidemioloji situasiya təhlükə təşkil etmir. “Uşaqlar arasında hazırda yayılan virusun nə olduğunu dəqiqləşdirmək lazımdır. Adi kliniki xəstəxanalarda laborator müayinə aparmaq çətindir və bunun dəqiq müayinəsi lazımdır”.
Baş infeksionist əlavə edib ki, epidemioloji situasiya gərgin olmadığı üçün bahalı müayinələr aparmağa ehtiyac qalmır:
“Pediatrların qeyd etdiyi kimi, bu vəziyyətlə bağlı kütləvi müraciət yoxdur. Düzdür, eyni simptomlarla müraciət edənlər var, lakin kütləvi şəkildə deyil. Uşaqlar arasında yayılan bu infeksiyalar ciddi təhlükə təşkil etmir”.
Femida.az
Oxunub: 1033
Oxşar xəbərlər
- Ölkədə 195 min ton pambıq yığılıb
- Ölkədə nə qədər pambıq yığılıb?
- Ölkədə suçiçəyi xəstəliyi ilə bağlı mövcud vəziyyət açıqlandı
- Ölkədən çıxışa necə qadağa qoyula bilər?
- Ölkədən 95 min dollar çıxaranlar tutuldu
- Ölkədə gündəlik neft hasilatı azalacaq
- Ölkədə pul bazası artıb
- Ölkədə bəzi siniflərin təşkilində çətinliklər yaranıb
- Ölkədə neçə altsheymer xəstəsi var?
- Ölkədə nə qədər ali təhsilli qadın var?