Ölkədə nə qədər pambıq yığılıb?


18:37     04 Noyabr 2017 PAMBIQ%20(17).jpg

Noyabrın 4-dək ölkə üzrə 161 min 416,23 ton pambıq tədarük olunub. Ötən gün isə qəbul məntəqələrinə 2736,71 ton pambıq təhvil verilib.


Dövlət Statistika Komitəsindən Femida.az-a bildiriblər ki, ən çox pambıq tədarük edən rayonların siyahısına Saatlı (22440,50 ton), Biləsuvar (20110,48 ton), Bərdə (16237,70 ton), Ağcabədi (15314,90) və Sabirabad (14570,66 ton) daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 1070