Terrorçular 33 nəfəri girov götürüb


02:37     11 Sentyabr 2017 taliban9.PNG

Əfqanıstanın Cauzcan əyalətində "Taliban" və İŞİD terrror qruplaşmasının üzvləri 33 mülki şəxsi qaçırıblar.


Türkiyə KİV-lərinin yaydığı məlumata görə, İŞİD terrorçuları Çakma Çukur yaşayış sahəsində 13 nəfəri taliblərlə əlaqələrdə ittiham edərək qaçırıblar.

Eyni zamanda, "Taliban" üzvləri Qardan yaşayış sahəsində 20 nəfəri İŞİD ilə əlaqələrdə ittiham edərək qaçırıblar.

Qaçırılan insanların yerləri barədə məlumat hələlik yoxdur.

Femida.az

Açar sözlər:

Oxunub: 860