Binəqədi yolunda iş sürətləndirildi
01:16 15 Sentyabr 2017
Binəqədi şosesi boyu səth suların yolun hərəkət hissəsindən kənarlaşdırılması məqsədilə müxtəlif diametrli borularla 2,8 km uzunluğunda yeni kollektor tikilib. Yağıntılar zamanı Binəqədi şosesində yığılan sular yeni inşa olunmuş kollektorla Böyükşor gölünə axıdılacaq.
Femida.az xəbər verir ki, “Azəravtoyol”un yaydığı məlumata görə, bundan başqa 4-cü qapı küçəsi ilə kəsişmədə tullantı suların axıdılması üçün nəzərdə tutulmuş kanalın suyunu Binəqədi şosesinin altından ötürülməsi üçün nəzərdə tutulmuş borunun köhnəlməsi və ötürmə qabiliyətinin itirməsi nəticəsində intensiv yağıntılar zamanı sözügedən ərazi də yağış sularının altında qalırdı. Bunun qarşısını almaq məqsədi ilə hazırda yolun altından yeni 35 metr uzunluğunda borunun quraşdırılması işləri də aparılır.
Yoldan səth sularının kənarlaşdırılması istiqamətində aparılan işlər imkan verir ki, intensiv yağıntılar zamanı yolun hərəkət hissəsinin su ilə dolmasının və nəticədə hərəkətin iflic olmasının qarşısı alınsın.
Yaxın günlərdə isə “Azəravtoyol” ASC tərəfindən yolun əsaslı şəkildə bərpasına başlanılacaq. Yolda tam müasir yol infrastrukturu yaradılacaq. 2 gediş, 2 gəliş olmaqla 4 hərəkət zolağından ibarət olacaq yol boyu avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacaqlara giriş-çıxışını təmin etmək məqsədi ilə yeni “cib”li dayanacaqlar, həmçinin avtomobillərin müvəqqəti dayanması üçün kiçik parkinq yerləri yaradılacaq, vətəndaşların avtomobil yolunun kənarı ilə rahat və təhlükəsiz hərəkətinin təşkili üçün yeni piyada səkiləri inşa ediləcək.
Femida.az
Oxunub: 707
Oxşar xəbərlər
- Binəqədinin bu küçəsində yol bağlanır
- Binəqədi yolu müvəqqəti bağlandı
- Binəqədi əhalisi yollarda qalıb - Avtobuslar 45 dəqiqəlik yolu 2 saata gedir
- Binəqədi şosesində hərəkət məhdudlaşdırılır
- Binəqədi sakinlərinə ŞAD XƏBƏR
- Binəqədi şossesi asfaltlanır - VİDEO
- Binəqədidəki yanğında təqsirləndirilənlərin şikayəti təmin edilmədi
- Binəqədidə ikimərtəbəli ev yandı
- Binəqədidə evləri talayan qardaşlar ələ keçdi
- Binəqədi qışa hazırlaşır