Binəqədi şosesində hərəkət məhdudlaşdırılır


19:46     30 Noyabr 2017 603920.png

Yeni asfalt-beton örtüyünün döşənməsi işləri ilə əlaqədar olaraq noyabrın 30-dan dekabrın 1-ə keçən gecədən etibarən Binəqədi şosesinin Binəqədi qəsəbəsindən “4 yol” deyilən əraziyədək olan hissəsində avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.


“Azəravtoyol” ASC-dən Femida.az-a verilən məlumata görə, sözügedən ərazi üzrə hərəkətin məhdudlaşdırılması qısa müddətə, yəni dekabrın 1-dən 3-dək olacaq. Bu müddət ərzində asfalt örtük döşənən ərazilər boyu hərəkət hissə-hissə bərpa olunacaq.

“Azəravtoyol” ASC sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları və bu müddət ərzində alternativ yollardan istifadə etmələri xahiş edir.

Femida.az

Açar sözlər:

Oxunub: 535