Paytaxtda qadını maşın vurdu


13:50     16 Sentyabr 2017 piyada1.jpg

Bakıda qadını avtomobil vurub.

Femida.az report-a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda baş verib.

Belə ki, Ziya Bünyadov prospektində yolu keçmək istəyən 1976-cı il təvəllüdlü Sadıqova Lamiyə İdeal qızını minik avtomobili vurub. Nəticədə qadın ağır xəsarət alıb. O, hadisəni törədən sürücü tərəfindən xəstəxanaya yerləşdirilib.

Həkimlər L.Sadıqovanın vəziyyətini orta-ağır kimi qiymətləndirir.

Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1245