Paytaxtda 2 ev yandı


23:15     06 Dekabr 2017 e933d2e976yangin_sivil_sinai.jpg

Bakının Sabunçu və Pirallahı rayonlarında yanğın olub.


Femida.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Sabunçuda ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 3 otaqlı evin bir otağının yanar konstruksiyaları və ev əşyaları 25 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Pirallahıda da ümumi sahəsi 75 kv.m olan 3 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb. Mənzil yanğından mühafizə olunub.

Hər iki yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 602