Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
14:31 25 Sentyabr 2017
"Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" dövlət şirkəti Bakı-Tbilisi-Qars layihəsinin operatoru olan birgə müəssisə yaradacaqlar.
Femida.az xəbər verir ki, bu barədə "Standard & Poor’s" (S&P) beynəlxalq reytinq agentliyinin yaydığı xəbərdə deyilir.
Məlumatda deyilir ki, ilkin mərhələdə adıçəkilən dəmir yolu ilə az həcmdə yüklərin daşınması "Gürcüstan Dəmir Yolları"nın fəaliyyətinə ciddi təsir etməyəcək. S&P qeyd edir ki, dəmir yolu layihəsinin Gürcüstandan keçən hissəsinin tikintisi Azərbaycandan alınan kredit hesabına maliyyələşdirilib. "Bunu nəzərə alaraq biz "Gürcüstan Dəmir Yolları"nın qeyd edilən infrastrukturun sahibi olacağını ehtimal etmirik", - deyə məlumatda vurğulanıb.
Bundan öncə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov bəyan edib ki, Bakı-Tbilisi-Qars layihəsinin rəsmi açılış mərasimi oktyabr ayının 28-də baş tutacaq.
Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin yaradılmasına dair hökumətlərarası saziş 2007-ci ildə imzalanıb.
Layihənin Gürcüstan ərazisindən keçən hissəsinin tikintisi üçün Azərbaycan hökuməti Gürcüstana 775 mln. dollarlıq kredit ayırıb.
Femida.az
Oxunub: 601
Oxşar xəbərlər
- Bakı-Tbilisi-Qars xətti ilə yükdaşımalar başladı - Hərəkət CƏDVƏLİ
- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə ziyafət verilib
- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vaxtı bəlli oldu
- Bakı-Tbilisi-Qars istifadəyə hazırdır
- Bakı-Tbilisi-Qars xətti test olunur
- Bakı-Tbilisi-Qars dəmir yolunun nə vaxt açılacaq?
- Bakı-Tbilisi-Qars layihəsi niyə ləngiyir? - Açıqlama
- Bakı-Tbilisi-Qars ilin sonuna kimi istismara veriləcək
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq