Bakı-Tbilisi-Qars xətti ilə yükdaşımalar başladı - Hərəkət CƏDVƏLİ
19:34 22 Dekabr 2017
"ADY Express" şirkəti yeni istifadəyə verilmiş Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsilə yükdaşımalara başlayıb.
Femida.az-ın Trend-ə istinadən məlumatına görə, artıq Azərbaycanla Türkiyə arasında yükdaşımalara dair tariflər müəyyən edilib. Yük sahibləri və yükgöndərənlər həmin qiymətlərlə tanış olub sifarişlərini edə bilərlər:
Qiymətlər cədvəlində hər iki ölkənin əsas şəhərləri arasında tariflər göstərilsə də, "ADY Express" şirkəti "qapıdan-qapıya" yükdaşımaları xidməti təqdim etdiyindən, Azərbaycanla Türkiyə arasında yüklərin nəqlini bütün şəhərlərdən həyata keçirmək mümkündür.
Qeyd edək ki, cədvəldə göstərilən qiymətlər hər iki istiqamətdə eynidir və tariflərə konteynerlərin ayrılması daxil deyil.
Bakı-Tbilisi-Qars dəmir yolu vasitəsi ilə yüklərin nəql edilməsinə dair yük sahiblərinə əlavə informasiya və ya məsləhətlər lazım olan təqdirdə, "ADY Express" şirkətinin əməkdaşları ilə əlaqə yaratmağı xahiş olunur
Oxunub: 1252
Oxşar xəbərlər
- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı münasibəti ilə ziyafət verilib
- Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı vaxtı bəlli oldu
- Bakı-Tbilisi-Qars istifadəyə hazırdır
- Bakı-Tbilisi-Qars layihəsinin operatoru yaradılır
- Bakı-Tbilisi-Qars xətti test olunur
- Bakı-Tbilisi-Qars dəmir yolunun nə vaxt açılacaq?
- Bakı-Tbilisi-Qars layihəsi niyə ləngiyir? - Açıqlama
- Bakı-Tbilisi-Qars ilin sonuna kimi istismara veriləcək
- Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi bu il yekunlaşacaq