Hüquqşünaslar nümayəndəlik institutunun ləğvinə etiraz etdi
20:14 17 Oktyabr 2017
Bu gün “Çıraq Plaza”da bir neçə hüquqşünas Vəkillik Fəaliyyəti haqqında Qanuna dəyişikliklə bağlı Milli Məclisə təklif edilən layihəyə görə mətbuat konfransı keçirib.
Konfransda tanınmış hüquqşunaslar Ramil Süleymanov, Fərhad Mehdiyev və digərləri iştirak ediblər.
Hüquqşünaslar praktik hüquqşünasların fəaliyyətinin məhdudlaşdırılmasına ciddi şəkildə etiraz edərək bildiriblər ki, təklif olunan dəyişiklik vəkillərin fəaliyyətini məhdudlaşdıra bilər.
Hüquqşünas Xalid Bağırov bildirib ki, ölkədə yetərincə vəkil olmadığına görə nümayəndəlik bu funksiya ilə məşğul olmağa başlayıb. Onun fikrincə, ləğv məsələsi isə bir sıra problemlərə gətirib çıxara bilər. Ramil Süleymanov hüquqi yardımla bağlı çatışmazlığa diqqət çəkib və vurğulayıb ki, nümayəndəlik institutunu sıradan çıxarmağa ehtiyac yoxdur.
Fərhad Mehdiyev isə sözügedən institutun ləğvinin əhaliyə mənfi təsir edəcəyini bildirib:
“Ləğv məsələsinin əhaliyə ciddi təsiri olar. Əgər bütün işlər Kollegiyaya üzv olan vəkillərə yönəldilsə, onda vəkillər çox iş yükü qarşısında seçici olacaqlar və yalnız gəlirli işləri götürəcəklər. Belə olan halda əhalinin kasıb təbəqəsi məhkəmədə müdafiə olunmaqda çətinlik yaşayacaq”.
Qeyd edək ki, 6 oktyabrda Milli Məclis Prosessual Məcəlləyə, İnzibati Prosessual Məcəlləyə və Vəkillik fəaliyyəti haqqında Qanuna dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə məlumat yayılıb. Təklif edilən layihədə bütün məhkəmə işlərində fiziki şəxslərin təmsilçiliyinin (nümayəndəliyinin) Vəkillər Kollegiyasının üzvü olan hüquqşünaslara verilməsi, Vəkillər Kollegiyasının üzvü olmayan hüquqşünasların məhkəmə təmsilçiliyinin ləğvi nəzərdə tutulur.
Ceyhun Əhmədli
Femida.az
Oxunub: 4539
Oxşar xəbərlər
- Hüquqşünaslarla bağlı qalmaqallı məsələ yenidən Milli Məclisdə
- Hüquqşünaslar prezidentə müraciət etdi - VİDEO
- Hüquqşünaslar 3 gəncin müdafiəsinə qalxdı – İcra Hakimiyyətindən açıqlama (VİDEO)
- Hüquqşünaslar Femida.az-ı təbrik edib
- Hüquqşünasların nəzərinə! Vəkilliyə sənəd qəbulunun müddəti uzadıldı
- Hüquqşünaslar ELSA-nın məktəbində
- Hüquqşünaslar banklarla bağlı Baş prokurora müraciət edəcək - Açıqlama
- Hüquqşünaslar vətəndaşların müdafiəsinə qalxdı - MÜRACİƏT
- Hüquqşünasların jurnalı çıxdı
- Hüquqşünaslara xoş xəbər...