DTX əməliyyat keçirdi: Cinayət işi başlanıldı
13:41 19 Oktyabr 2017
Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, saxta araq istehsalı üçün nəzərdə tutulan 619 min 500 ədəd saxta aksiz markası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat yolu ilə saxlanılıb.
Bu barədə Femida.az-a Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsindən məlumat verilib.
Araşdırmalar zamanı saxta aksiz markalarının çatdırıldığı qanunsuz fəaliyyət göstərən xüsusi məkanlarda keyfiyyətsiz spirtin su ilə texniki qarışığından əldə edilməklə əhalinin fiziki sağlamlığına zərərli olan və kütləvi satışa çıxarılan saxta araqların istehsal olunduğu müəyyən edilmişdir. Habelə, bu məqsədlə keyfiyyətsiz spirt saxlanılan çoxlu sayda çənlər aşkar olunmuşdur.
Başlanılmış cinayət işi üzrə Dövlət Təhlükəsizliyi Xidməti və Vergilər Nazirliyi tərəfindən birgə araşdırmalar davam etdirilir.
Azərbaycan Respublikasında vətəndaşların fiziki sağlamlığına, xalqın genofonduna qəsd edən hər növ qanunsuzluğun qarşısı bundan sonra da qətiyyətlə alınacaqdır.
Oxunub: 3561
Oxşar xəbərlər
- DTX-nın həbs etdiyi jurnalistlərin məhkəməsi olacaq
- DTX məhv edilən terrorçular barədə məlumat yaydı
- DTX-nın həbs etdiyi jurnalistin məhkəməsi başladı
- DTX-nın əməkdaşı dünya çempionu olub
- DTX bacısını İran narkotacirlərində girov qoyan şəxsi yaxalayıb
- DTX antiterror əməliyyatlarının görüntülərini yaydı - VİDEO
- DTX-nin antiterror əməliyyatları davam edir – Daha 4 nəfər saxlanıldı
- DTX əməliyyat keçirdi: Mənzildən “Molotov kokteyli”, silah və qumbaralar tapıldı
- DTX valyuta qaçaqmalçılığında şübhəli bilinən şəxsləri saxlayıb
- DTX və polis Qəbələdə əməliyyat keçirdi