Naxçıvanda qəza: 4 yaşlı uşaq öldü


17:00     29 Oktyabr 2017 piyada_usaq.jpg

Naxçıvan Muxtar Respublikasında ölümlə nəticələnən yol qəzası baş verib.


Femida.az lent.az-a istinadən xəbər verir ki, Kəngərli rayonunun Qıvraq qəsəbəsində "VAZ 2107" markalı avtomobil yola çıxmış 4 yaşlı oğlanı vurub. Ağır xəsarət alan azyaşlının həyatını xilas etmək mümkün olmayıb.

Bildirilir ki, qəzaya azyaşlının nəzarətsiz qalması səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1025