Naxçıvanda icbari tibbi sığortanın tətbiqinə başlanılıb


15:02     27 Noyabr 2017 hekim%20dusur.jpg


Femida.az APA-ya istinadən xəbər verir ki, bunu Nazirlər Kabinetinin Humanitar və sosial məsələlər şöbəsinin müdiri Musa Ələkbərov deyib.

Şöbə müdirinin sözlərinə görə, bu ilin əvvəlindən pilot layihələrin həyata keçirildiyi rayonlarda əldə edilən nəticələr müsbətdir: “Səhiyyənin maliyyələşməsində yeni mexanizmlərin tapılması hesabına tibbi sığortanın tətbiqi əhali arasında çox müsbət qarşılanıb”.

M. Ələkbərov qeyd edib ki, icbari tibbi sığortanın Azərbaycanda tətbiqi ilə bağlı bir çox dövlətlərin qabaqcıl təcrübəsi nəzərə alınmalıdır.

Femida.az

Açar sözlər:

Oxunub: 897