Metroda problem yaranıb
13:08 02 Noyabr 2017
Bakı metrosunda qatarların hərəkətində problem yaranıb.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev Femida.az- a açıqlamasında bildirib ki, saat 8:04-də "Həzi Aslanov" Stansiyasında 11 saylı marşrut üzrə xəttə buraxılan qatarda texniki problem yaranıb: "Bu səbəbdən də həmin qatar xətdən çıxarılıb. Ona görə də, "Həzi Aslanov" stansiyasında qatarların hərəkətində fasilə yaranıb.
Qatarlar "Əhmədli" və "Neftçilər" stansiyalarından geri qaytarılıb. Təxminən yarım saat müddətində "Həzi Aslanov" stansiyasında hərəkət olmayıb. Saat 8:30-dan etibarən stansiyada hərəkət bərpa olunub".
Femida.az
Oxunub: 1681
Oxşar xəbərlər
- Metroda Yeni il şənliyi - Nəsimi Paşayev `Şaxta Baba` obrazında
- Metroda qadınları soyanlar tutuldu
- Metroda telefon oğrusu tutulub
- Metrodakı gecikməyə görə bir neçə vəzifəli şəxs işdən çıxarılıb
- Metroda qadının çantasına girən kişi yaxalandı
- Metroda qatarlar niyə gecikir?
- Metroda qapıları saxlayan şəxslər 50 manat cərimə olunacaq
- Metrodan istifadə edən sərnişinlərin sayı artıb
- Metroda oğurluq edən Gürcüstan vətəndaşı tutulub
- Metrodan istifadə edənlərin sayı artıb