Metroda qadınları soyanlar tutuldu
16:27 22 Dekabr 2017
Bakı metropolitenində iki vətəndaşın çantasından və cibindən oğurluq etməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıblar.
Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinin əməkdaşları tərəfindən metro stansiyalarında cinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Dekabrın 19-da Bakı şəhər sakinləri Röya Hümbətovanın çantasından içərisində pulu və sənədləri olan pulqabısının metronun “28 May” stansiyasında qatarda, Naimə Rəhimovanın cibindən mobil telefonunun “Gənclik” stansiyasında platformada oğurlanması barədə Metropolitendə Polis Şöbəsinə müraciətlər daxil olub.
Dərhal başlanılan əməliyyat-axtarış tədbirləri ilə şübhəlilər qısa vaxtda müəyyən edilərək saxlanılıblar.
Araşdırmalarla onların Naxçıvan şəhər sakini Rüfət Qasımov və Mingəçevir şəhər sakini, əvvəllər məhkum olunmuş Roman Hüseynov olduqları məlum olub.
Onların digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Femida.az
Oxunub: 761
Oxşar xəbərlər
- Metroda Yeni il şənliyi - Nəsimi Paşayev `Şaxta Baba` obrazında
- Metroda telefon oğrusu tutulub
- Metrodakı gecikməyə görə bir neçə vəzifəli şəxs işdən çıxarılıb
- Metroda qadının çantasına girən kişi yaxalandı
- Metroda problem yaranıb
- Metroda qatarlar niyə gecikir?
- Metroda qapıları saxlayan şəxslər 50 manat cərimə olunacaq
- Metrodan istifadə edən sərnişinlərin sayı artıb
- Metroda oğurluq edən Gürcüstan vətəndaşı tutulub
- Metrodan istifadə edənlərin sayı artıb