Toydan gələn şəxslər qəzaya düşdü - 12 yaralı var


00:22     22 Noyabr 2017 gelin%20masini%20qeza.jpg

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.


Femida.az -ın APA-ya istinadən verdiyi məlumata görə, rayonun Bəşirabbas kəndi ərazisində “Oka” və “Zaporojets” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 12 nəfər xəsarət alıb. Xəsarət alanlardan 11 nəfər Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına, bir nəfər isə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Yaralılardan 6 nəfərin vəziyyəti orta ağırdır.

Məlumata görə, xəsarət alan şəxslər toydan qayıdırmış.

Qəzanın səbəbləri araşdırılır.

Faktla bağlı araşdırma aparılır.

Xəsarət alanlardan 6 nəfərin kimliyi məlum olub.

Əliyev Ramin Nazim oğlu, 1986
Quliyeva Şəbnəm Sabit qızı, 1999
Məmmədova Nüşabə İsrayıl, 1988
Quliyev Hüseyn Sadiq oğlu, 2002
Süleymanov Orxan Sərvan oğlu, 1997
Bayramova Sadəgül Həsən qızı, 1991

Açar sözlər:

Oxunub: 3428