Toydan qayıdan insanlar bombalandı, 10 qadın öldü


20:32     17 Dekabr 2017 yemen%20qinadi.jpg

Yəmənin Maarib əyalətində Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava zərbələri nəticəsində azı 10 qadın həyatını itirib.


Femida.az TASS-a istinadən xəbər verir ki, bu barədə bazar günü "Saba" agentliyi məlumat yayıb.
Bildirilir ki, aviasiyanın hədəfinə Harib əl-Qaramiş rayonunda keçirilən toy mərasimindən qayıdan bir qrup qadın olub.

Açar sözlər:

Oxunub: 1528