Ədliyyə Akademiyasında icbari təlim kursu başlayıb
20:38 29 Noyabr 2017
Ədliyyə orqanlarına qulluğa qəbulla bağlı 500-dən çox namizədlə keçirilmiş növbəti müsabiqəyə yekun vurularaq, uğur qazanmış 95 namizəd peşə fəaliyyətinə buraxılışla əlaqədar Ədliyyə Akademiyasında icbari təlimə cəlb olunub.
Ədliyyə Akademiyasından Femida.az-a bildiriblər ki, üç ay davam edəcək kursun proqramı müasir tədris metodu əsasında hazırlanıb. Kurs çərçivəsində ədliyyə sahəsində dövlət siyasətinin həyata keçirilməsi və tənzimlənməsi üzrə Ədliyyə Nazirliyinin fəaliyyət istiqamətləri, insan hüquqlarının müdafiəsinin beynəlxalq və milli mexanizmləri, inzibati icraat, hüquqi etika və psixologiya, korrupsiya ilə mübarizə, qanunvericiliyin yenilikləri və digər aktual məsələlərə dair mövzular tədris olunacaq. Həmçinin, namizədlərin müasir texnologiyalardan istifadə bacarıqlarının yüksəldilməsi ilə bağlı təlimlər, mənəvi-estetik dünyagörüşlərinin artırılması məqsədilə mədəni proqramlar təşkil ediləcək. Bununla yanaşı, namizədlərin ədliyyə orqanlarında təcrübə keçmələri nəzərdə tutulur.
Ədliyyə Akademiyasında həmin kursun açılışı olub.
Nazirliyin Kadrlar idarəsinin rəisi Rauf Məhərrəmov və Akademiyanın rektoru vəzifəsini icra edən Elçin Xələfov tədbirdə müsabiqədən uğurla keçən namizədlərin peşə fəaliyyətinə buraxılmaları üçün keçirilən icbari təlimin əhəmiyyətindən danışıb, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb, zəruri tövsiyələr veriblər.
Kursun ilk günündə hüquq islahatları mövzusunda çıxış edən Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə hüquqi sahədə aparılan islahatlar, o cümlədən ədliyyə və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə görülən tədbirlər və əldə olunan nailiyyətlər barədə məlumat verib, dövlətimizin başçısının cəza siyasətinin humanistləşdirilməsinə dair 2017-ci il 10 fevral tarixli Sərəncamı ilə bu sahədə islahatların yeni mərhələyə keçdiyini, bununla əlaqədar görülən işləri və qarşıda duran mühüm tədbirləri qeyd edib.
Sonra təlimin proqramı üzrə digər mövzularda mühazirələr dinlənilib.
Femida.az
Oxunub: 1499
Oxşar xəbərlər
- Ədliyyə Nazirliyində yeni rəis təyinatı
- Ədliyyə sahəsində layihələr uğurla həyata keçirilir
- Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
- Ədliyyə işçilərinin peşə bayramıdır
- Ədliyyə işçilərinə xüsusi rütbələr verilib
- Ədliyyə naziri ilə görüşmək istəyənlərin nəzərinə!
- Ədliyyə naziri Saatlıya gedir
- Ədliyyə Nazirliyində kollegiya iclası keçirilib
- Ədliyyə orqanlarında işləmək istəyənlərin nəzərinə!
- Ədliyyə Nazirliyində müşavirə keçirilib