21 yaşlı gənc bıçaqlandı, avtomobili qaçırıldı


03:08     09 Dekabr 2017 knife-crime-article-804973081.jpg

Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.


Rayon sakini, 1996-cı il təvəllüdlü Məhərrəmov Xasay Mehman oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən X.Məhərrəmovun vəziyyəti orta ağır olaraq qalır.

Qeyd edək ki, hadisədən sonra onun avtomobili də qaçırılıb.

Faktla bağlı araşdırma aparılır. (Report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 599