İraq Kərkük nefti ilə bağlı İranla anlaşdı
15:10 10 Dekabr 2017
İraq Kərkükdəki yataqlardan gündəlik 30-60 min barel həcmində neftin ixracına dair İranla saziş bağlayıb.
Femida.az-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə İraqın neft naziri Cabbar əl Laibi bildirib.
"İraqın SOMO neft markeinq şirkətinin İran tərəfi ilə imzaladığı saziş neftin sisternlər vasitəsilə İranın Kermanşah əyaləti ilə sərhədədək, İran tərəfi isə eyni həcmdə nefti İraqın cənubundakı limanlara tədarük ediləcəyini nəzərdə tutur", deyə nazir qeyd edib. O əlavə edib ki, həmin istiqamətdə boru inşa edilənədək Kərkükdən İrana ixrac olunacaq neftin həcmi artırıla bilər.
Şirkətin baş direktoru Ala əl-Yasiri qeyd edib ki, neftin ixracına yaxın zamanda - tədarüklə məşğul olan şirkətlər arasında tender keçirildikdən sonra başlanılacaq.
Femida.az
Oxunub: 672
Oxşar xəbərlər
- İraqda ardıcıl 2 güclü zəlzələ oldu
- İraqda silahlı hərəkat dövlətə təslim oldu
- İraqda İŞİD üzərində qələbəni belə qeyd edəcək
- İraqda 40 uşağın cəsədi aşkarlandı
- İraq qana boyandı - 24 nəfər öldü,60 nəfər yaralandı
- İraq və Suriyadakı azərbaycanlıların qaytarılması üçün dövlət proqramı hazırlanır
- İraq Azərbaycanla bağlı xəbəri təkzib etdi
- İraqda yüzdən çox azərbaycanlı qadın və uşaq var - Nazirdən açıqlama
- İraqla Bərzani arasında razılıq - Atəşkəs elan olundu
- İraqın baş naziri Türkiyəyə danışıqlara gedir