Hərbi qeydiyyata düşməyənlər cərimələnəcək - Xəbərdarlıq
16:26 18 Dekabr 2017
“Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunun 6.1-ci maddəsinə əsasən, hər il yanvar-mart ayları ərzində həmin il 16 yaşı tamam olan Azərbaycan Respublikasının kişi cinsli vətəndaşları yaşayış və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalıdırlar.
Dövlət Xidmətindən Femida.az -a verilən məlumatda bildirilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- doğum haqqında şəhadətnamənin surəti;
- ailə tərkibi haqqında arayış;
- təhsil haqqında sənəd (təhsil müəssisəsini bitirənlər üçün);
- təhsil (təhsil müəssisəsini bitirməyənlər üçün) və ya iş yerindən arayış;
- tərcümeyi-hal;
- 6 ədəd 3x4 sm. ölçüdə fotoşəkil.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanununa əsasən, ilkin hərbi qeydiyyata alınmalı olan vətəndaşlar qeydiyyata alınmaq üçün üzrlü səbəblər olmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrinə gəlməməsi inzibati məsuliyyət yaradır və onlara inzibati cərimə tətbiq olunacaq.
Oxunub: 1971
Oxşar xəbərlər
- Hərbi təyyarə qəzaya düşdü - Pilotlar xilas oldu
- Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub
- Hərbiyə 46 milyard dollar xərclənəcək
- Hərbi prokurorun ŞƏRHİ
- Hərbi xidmətə çağırışla bağlı sərəncam imzalandı
- Hərbi hissələrdə maarifləndirmə tədbirləri keçirilib
- Hərbi təyyarə qəzaya uğradı
- Hərbi qulluqçular üçün yeni orden təsis edildi
- Hərbi hissədə tədbir keçirilib
- Hərbi ixtisaslı sürücülər arasında yarış keçirildi