Hərbi Dəniz Qüvvələrində 2017-ci ilə yekun vurulub


22:08     30 Dekabr 2017 76e70f69289aee11e58ee4cd5eea7b0a.jpg

Hərbi Dəniz Qüvvələrində 2017-ci tədris ilinin yekunlarına həsr olunmuş toplantı keçirilib.

Femida.az MN-ə istinadən xəbər verir ki, yekun iclasında Hərbi Dəniz Qüvvələri komandanının və komandan müavinlərinin döyüş hazırlığının, hərbi intizamın və qoşun xidmətinin vəziyyəti ilə bağlı aidiyyəti üzrə məruzələri dinlənilib.
Sonda Müdafiə Nazirliyi rəhbərliyinin bayram təbrikləri şəxsi heyətə çatdırılıb və xidmətdə fərqlənən bir qrup hərbi qulluqçu Hərbi Dəniz Qüvvələri komandanı adından mükafatlandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 765