Rusiya Kamçatkada yeni ordu yaradır


18:47     18 Dekabr 2017 ucarliyiq.biz_rusiya-gmilri-xzr-dnizind-irimiqyasl-tlimlr-keirib_1.jpeg

Rusiyanın Kamçatka bölgəsində Hərbi-Hava Qüvvələri və Hava Hücumundan Müdafiə qüvvələrindən ibarət yeni ordu yaradılacaq.


Femida.az-ın məlumatına görə, bu məqsədlə Rusiyanın Sakit okean donanmasının Hava Hücumundan Müdafiə qüvvələri və dəniz aviasiyası birləşdiriləcək və bu qoşunların qərargahı Kamçatkada yerləşdiriləcək.

Kamçatka, Çukotka və Arktika regionunda hava təhlükəsizliyinə nəzarət edəcək ordunun yaradılmasına 2018-ci ildə başlanılacaq.

Açar sözlər:

Oxunub: 925