Rusiya aviabazasına böyük zərbə - Suriyada


21:12     07 Yanvar 2018 suriya%20teyyare.jpg

Ötən gün axşam saatlarında Rusiyanın Suriyadakı Hmeymim aviabazasına hücum olub.


Femida.az xəbər verir ki, bu haqda "Directorate 4" Telegram-kanalı məlumat yayıb.

Hmeymim aviabazasının dekabrın 31-də minomyotlardan atəşə tutulmasından sonra Suriyada Bəşər Əsəd rejiminə qarşı çıxan qüvvələr tərəfindən bazaya qarşı genişmiqyaslı informasiya hücumu başladılıb.

Xatırladaq ki, yaraqlıların dekabrın 31-də Hmeymim aviabazasına hücumu nəticəsində 7 təyyarə sıradan çıxarılıb. İki hərbçi həlak olub, 10-u yaralanıb. Bu, Rusiyanın Suriya hərbi kampaniyası ərzində məruz qaldığı ən ciddi zərbədir və prezident Putinin Suriyada terrorçular üzərində qələbəni elan edib qoşunların qismən çıxarılması barədə əmrindən sonraya təsadüf edir.

Femida.az

Açar sözlər:

Oxunub: 3362