Nazir Zərdaba gedir


00:12     05 Yanvar 2018 oqtay%20shireliyev12.jpg

Səhiyyə naziri Oqtay Şirəliyev sabah saat 11:00-da Zərdab Rayon Mərkəzi Xəstəxanasında vətəndaşları qəbul edəcək.


Səhiyyə Nazirliyinin Mətbuat xidmətindən Femida.az- a verilən məlumata görə, görüşdə Zərdab, Ucar, Kürdəmir, Ağdaş, Ağsu və Göyçay rayon sakinləri iştirak edə bilərlər.

Qəbul zamanı sakinlərin müraciətləri, şikayət, təklif və fikirləri nazir tərəfindən dinləniləcək və lazımi tədbirlər görüləcək.

Qəbula yazılmaq istəyən vətəndaşlar Zərdab Rayon Mərkəzi Xəstəxanasında qeydiyyatdan keçə bilərlər.

Açar sözlər:

Oxunub: 771