Evdə köməksiz qalan şəxs xilas edilib


21:44     06 Yanvar 2018 2015-05-22-09-04-06fhn-masin-liderxeber-yangin-64030.jpg

Bakıda mənzildə köməksiz vəziyyətdə qalan şəxs xilas edilib.


Femida.az -ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, ​Nərimanov rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısını açıb və halsız vəziyyətdə olan vətəndaşı aidiyyəti üzrə təhvil veriblər.

Açar sözlər:

Oxunub: 804